lider-media.az

Tunis Respublikasının Prezidenti Kays Sayiddən

Baxış: 330 Tarix: 3-04-2025, 13:01

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləricənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Sizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan xalqına firavanlıq bəxş etməsi üçün Uca Allaha dua edirəm.

Bu fürsətdən istifadə edərək, xalqlarımızın rifahı və mənafeyi naminə ölkələrimiz arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi, mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün birgə fəaliyyətimizi davam etdirməkdə qəti qərarlı olduğumu Zati-alinizə bir daha bildirməkdən məmnunam.

Ulu Tanrı bizə və bütün İslam ümmətinə xeyir-bərəkət, firavanlıq nəsib etsin!

Hörmətlə,

Kays Sayid

Tunis Respublikasının Prezidenti


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi