lider-media.az

DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınmışdır

Baxış: 564 Tarix: 3-04-2025, 12:40

Qurumun Mətbuat Mərkəzindən verilən məlumata görə, Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınmış, 1 nəfər saxlanılmışdır.

Belə ki, mart ayının 18-də 6 kiloqram 670 qram narkotik vasitə marixuananı ölkə ərazisinə keçirən Bakı şəhər sakini - 1995-ci il təvəllüdlü Vahidov Fuad Əlimədət oğlu saxlanılmış, mart ayının 25-də keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində isə 10 kiloqram 600 qram narkotik vasitə marixuana aşkarlanaraq xidməti ərazidən götürülmüşdür.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi