lider-media.az

Cəbrayıl və Laçında növbəti əmək yarmarkaları keçiriləcək

Baxış: 261 Tarix: 3-04-2025, 12:23

Cəbrayıl, Qubadı, Zəngilan və Laçın rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Cəbrayıl və Laçın rayonlarında növbəti əmək yarmarkaları keçirəcək. 

Yarmarkalar: 

•    Cəbrayılda aprelin 8-də saat 11:00-da M.Mehdizadə adına tam orta məktəbdə 

•    Laçında aprelin 9-da saat 11:00-da Seyrangah ərazisində

təşkil olunacaq.
 
Yarmarkaların hər birində 10-dan çox işəgötürən tərəfindən 100-dən çox vakansiya (o cümlədən, elektrik mühəndisi, departament müdiri, şöbə müdiri, böyük məsləhətçi, mühasib, anbardar, kassir, satıcı, çilingər, bənna, rəngsaz, aşbaz, nəzarətçi, santexnik, qazpaylayıcı stansiyada operator və s.) təqdim olunacaq. 

Tədbirə qatılan sakinlərə vakansiyalar, iş öhdəlikləri barədə məlumat veriləcək, uyğun namizədlərin qeydiyyatı aparılacaq.  
 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi