lider-media.az

“Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib

Baxış: 239 Tarix: 3-04-2025, 12:00

Aprelin 2-də “Təhsil oyunları platforması” layihəsi çərçivəsində şagirdlər arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib.
 

Elm və Təhsil Nazirliyinin Mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, İki mərhələdən ibarət olan çempionatın ilkin seçim turu onlayn formatda həyata keçirilib. 
 

Final mərhələsində Bakı, Sumqayıt, Ucar, Quba, Lənkəran, Astara, Saatlı, İsmayıllı, Goranboy, Şəki, Şirvan, Gəncə, Balakən, Ağdam, Cəbrayıl məktəblilərindən ibarət 39 komanda iştirak edib.
 

Finalçılara 3 tur olmaqla ümumilikdə 36 sual təqdim edilib. Final oyunun nəticələrinə əsasən, VI-IX sinif şagirdləri arasından Saatlı rayonu Əlisoltanlı kənd tam orta məktəbinin “Birlik” komandası I, Quba rayonu Alekseyevka kənd tam orta məktəbinin “Second RT team” komandası II, Bakı şəhəri Humanitar fənlər təmayüllü məktəb-liseyinin “Golden Humanitar” komandası isə III yerə layiq görülüb. 
 

X-XI sinif şagirdləri arasında keçirilən yarışda isə Bakı şəhəri 287 nömrəli “Zəkalar” liseyinin "Zəkalar Sr" komandası I, Şirvan şəhəri 1 nömrəli tam orta məktəbi “Moonlight” komandası II, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyasının “Dahilər” komandası III yerə layiq görülüb.
 

Qalib komandalar kubok, medal, diplom və hədiyyələrlə təltif ediliblər. 
 

Qeyd edək ki, 2020-ci ildən Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və Kapital Bankın dəstəyi ilə “Təhsil oyunları platforması” layihəsi çərçivəsində  “Nə? Harada? Nə zaman?” oyunu keçirilir.





OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi