lider-media.az

AZAL 2025-ci ilin birinci rübünü uğurlu əməliyyat göstəriciləri ilə başa vurub

Baxış: 56 Tarix: 3-04-2025, 11:40

Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2025-ci ilin birinci rübü üzrə fəaliyyətinin yekunlarını elan edib. Aviaşirkət sərnişin axınının yüksək olduğu ilk üç ay ərzində fasiləsiz və rahat sərnişin daşınması fəaliyyətini yüksək səviyyədə təmin edib.

Bu barədə  "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu ilin ilk üç ayında 89% uçuşların vaxtında yerinə yetirilməsi göstəricisi ilə 48 istiqamət üzrə 3 718 reys yerinə yetirilib. 2024-cü ilin birinci rübü ilə müqayisədə punktuallıq göstəricisi üzrə 1%, reyslərin sayı üzrə isə 4% artım müşahidə olunub. Qeyd edək ki, 2025-ci ilin mart ayında punktuallıq göstəricisi 93%-ə çatmışdır.

Sözügedən dövr ərzində 865 000 sərnişin daşınıb. Ötən ilin birinci rübündə bu göstərici 811 000 nəfər olub ki, bu da sərnişin sayında 7% artım deməkdir.

Sərnişin axınında ən pik göstərici 12 350 nəfər olmaqla 2025-ci il 12 yanvar tarixində qeydə alınıb. Ötən ilin yanvarın 7-də qeydə alınan ən yüksək sərnişin axını isə 11 200 nəfər olub.

AZAL marşrut şəbəkəsini genişləndirmək, xidmət səviyyəsini təkmilləşdirmək, ən yüksək təhlükəsizlik və rahatlıq standartlarını təmin etmək istiqamətində fəaliyyətini davam etdirir.

 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi