lider-media.az

Nazirlik Sinqapurda keçirilən builki “İnnovasiya Mükafatları” müsabiqəsində də mükafata layiq görülüb

Baxış: 379 Tarix: 3-04-2025, 11:25

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sinqapurun “GovInsider” təşkilatının “İnnovasiya Mükafatları-2025” müsabiqəsində də uğur qazanıb.

“İnnovasiyalar Konfransı-2025” tədbiri çərçivəsində keçirilən müsabiqədə Nazirlik əmək, məşğulluq, sosial müdafiə sahələrində elektron xidmətlərin geniş tətbiqinə görə  “Rəqəmsal Cəmiyyət Mükafatı” kateqoriyası üzrə xüsusi mükafata layiq görülüb. Nazirlik artıq ikinci ildir ki, həmin müsabiqədə mükafat qazanır.

“GovInsider” təşkilatı dövlət sektorunda innovasiyaları təşviq etmək üçün fəaliyyət göstərən geniş platformadır. Təşkilatın keçirdiyi bu dəfəki müsabiqədə 20 ölkədən olan 300 qurum iştirak edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi