lider-media.az

İlham Əliyevin Çinə səfəri gözlənilir

Baxış: 367 Tarix: 2-04-2025, 20:15

Azərbaycan Prezidenti İlham Əliyev Çinə səfər edəcək. Bu barədə “Azərbaycan-Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi” mövzusunda konfransda Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) üzvü, ÇKP MK Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lyu Cyançao bildirib.

Lyu Cyançao deyib ki, bu ilin aprel ayında baş tutacaq səfər çərçivəsində konkret layihələrlə bağlı qərarlar qəbul ediləcək: "Münasibətlərimizin dərinləşməsi üçün böyük potensial var. Prezident İlham Əliyev bu ilin aprel ayında Çinə səfər edəcək. Bu səfər çərçivəsində daha konkret layihələrlə bağlı qərarlar qəbul edəcəyik”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi