lider-media.az

“Nasirəddin Şah Qacarın qızları” kitabı çapdan çıxıb

Baxış: 205 Tarix: 2-04-2025, 19:19

“Nasirəddin Şah Qacarın qızları” kitabı çapdan çıxıb


AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri dosent Əkrəm Bağırovun fars dilindən tərcümə edib nəşrə hazırladığı “Nasirəddin Şah Qacarın qızları” kitabı çapdan çıxıb.

Əlyazmalar İnstitutundan verilən məlumatda bildirilib ki, kitab Qacarlar sülaləsinin (1795-1925) dördüncü hökmdarı Nasirəddin şahın 16 qızı haqqında çoxsaylı arxiv sənədləri əsasında qələmə alınıb. Əsərin müəllifi Qacarlar dövrünün tanınmış tədqiqatçısı Fatimə Qazihadır. Əsli fars dilində olan bu əsər şah qızlarının həyatı fonunda dövrün ictimai-siyasi və ədəbi-mədəni həyatını dolğun şəkildə əks etdirir. Tarixçi alimlərlə yanaşı, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu kitabda tədqiqatçılar indiyə qədər açıqlanmamış, İran arxivlərində mühafizə olunan əlyazmalarda əksini tapmış yeni faktlarla qarşılaşacaq.

Kitaba öz sözü dosent Əkrəm Bağırov yazıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi