lider-media.az

Əfqanıstan İslam Əmirliyinin Baş naziri Əl-Hac Molla Məhəmməd Həsən Axunddan

Baxış: 156 Tarix: 2-04-2025, 18:19

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu.

Ramazan bayramı münasibətilə Əfqanıstan İslam Əmirliyi və ölkənin müsəlman xalqı adından Zati-alinizə və şərəfli Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Azərbaycan xalqının bu mübarək bayramı hər zaman mehribanlıq, təhlükəsizlik və rifah şəraitində qeyd etməsini arzulayıram.

Əfqanıstan və Azərbaycan arasında ikitərəfli münasibətlərin möhkəmlənməsi və genişlənməsi istiqamətində son vaxtlar baş verən inkişaf prosesləri təqdirəlayiqdir. Zati-alinizin rəhbərliyi altında iki dost və qardaş ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin bundan sonra daha da dərinləşməsini arzu edirəm.

Əminəm ki, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi hər iki tərəf üçün faydalı olacaq və Əfqanıstan İslam Əmirliyi bu istiqamətdə səylərini əsirgəməyəcəkdir.

 

Əl-Hac Molla Məhəmməd Həsən Axund

Əfqanıstan İslam Əmirliyinin Baş naziri


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi