lider-media.az

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

Baxış: 143 Tarix: 2-04-2025, 13:15

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Dəyərli qardaşım.

Bütün müsəlman ümmətinin böyük sevinc və fərəhlə qeyd etdiyi müqəddəs Ramazan bayramı münasibətilə Sizə və qardaş Azərbaycan xalqına səmimi-qəlbdən təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Qardaş Özbəkistan və Azərbaycan xalqları əsrlər boyu səxavət və mərhəmət rəmzi kimi dəyərləndirdikləri bu möhtəşəm bayramı səbirsizliklə gözləyir və böyük sevinc hissi ilə qeyd edirlər.

Sizinlə birgə apardığımız sistemli işlər və nümayiş etdirdiyimiz qəti siyasi iradə nəticəsində dost ölkələrimiz arasında çoxşaxəli və uzunmüddətli əməkdaşlığı strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə qaldırmağımızın xalqlarımızın ən böyük nailiyyətlərindən biri olduğunu xüsusi qeyd etmək istəyirəm.

Allahın rəhmət və məğfırətinin bol olduğu, qəlblərimizin ilahi nurla dolduğu bu xoşbəxt və mübarək günlərdə Sizə möhkəm cansağlığı, ailə səadəti və məsuliyyətli dövlətçilik fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq, davamlı inkişaf və rifah arzulayıram.

Səmimi ehtiramla,

Şavkat Mirziyoyev

Özbəkistan Respublikasının Prezidenti


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi