lider-media.az

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımdan

Baxış: 188 Tarix: 2-04-2025, 13:10

Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Türk dünyasının ortaq dəyəri, baharın müjdəçisi, əcdadlarımızdan bizə çox əhəmiyyətli bir miras olan Novruz bayramı münasibətilə Sizi təbrik edirəm. Bu bayramı qardaşlıq ruhu ilə səciyyələnən gözəl günlərdə qeyd etməyimizin sevincini yaşayırıq.

Novruz baharın gəlişi ilə yeniləşməni, bolluq və bərəkəti, qardaşlığı simvolizə edən mühüm bayramdır, eyni zamanda, keçmişimizdən güc alaraq gələcəyimizi qurmaq iradəmizi gücləndirən bir imkandır.

Bu il Novruz bayramı ilə birlikdə qeyd etdiyimiz, mənəvi saflığın, həmrəyliyin rəmzi olan Ramazan bayramı münasibətilə də Sizi təbrik edirəm. Ümidvaram ki, bu bayram da türk dünyasına sevinc bəxş edəcək, birliyimizi, həmrəyliyimizi daha da gücləndirəcəkdir.

Novruz və Ramazan bayramlarının bütün dünyaya sülh, əmin-amanlıq və bərəkət gətirməsi arzusu ilə Zati-alinizə cansağlığı, xoşbəxtlik və uğurlar diləyir, dərin ehtiramımı bildirirəm.

Hörmətlə,

Binəli Yıldırım

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi