lider-media.az

Autizm sindromlu əlilliyi olan şəxslər də reabilitasiya xidmətləri ilə əhatə olunur

Baxış: 149 Tarix: 2-04-2025, 12:07

2 Aprel - Dünya Autizm Maarifləndirmə Günüdür
Hazırda ölkəmizdə 5 min autizm sindromlu əlilliyi olan şəxs var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində bu kateqoriyadan olan şəxslərə də reabilitasiya xidmətləri göstərilir.

Autizm sindromlu əlilliyi olan şəxslərin potensiallarına uyğun inkişafı, sərbəst yaşamaq imkanlarının dəstəklənməsi məqsədilə onlar koqnitiv, nitq, özünəqulluq bacarıqlarının inkişafı məqsədilə psixoloq, loqoped, erqoterapiya yoqa, dance ability (rəqs terapiyası) və s. istiqamətlərdə reabilitasiya xidmətlərinə cəlb olunurlar.

Agentlik tərəfindən həmin şəxslər ippoterapiya (atlarla terapiya) xidmətlərinə də cəlb edilirlər. Beynəlxalq təcrübəyə əsaslanan bu terapiya autizm spektr pozuntusu ilə yanaşı, daun simdromu, serebral iflic, nitq qüsurları və s. olan uşaqların sosial-psixoloji və fizioterapevtik reabilitasiyasına müsbət  təsir edir.

Mərkəzlərdə autizm sindromlu əlilliyi olan şəxslər ambulator xidmətlərlə yanaşı, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri ilə təmin edilirlər.
 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi