lider-media.az

Sinqapurda keçirilən beynəlxalq festivalda Azərbaycanın sosial sahədə rəqəmsal uğurlarından bəhs olunub

Baxış: 44 Tarix: 2-04-2025, 11:47

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin (DOST RİM) direktoru Kənan Əkpərov Sinqapurun “GovInsider” təşkilatının keçirdiyi “GovMesh-İnnovasiya Festivalı”nda iştirak edib.

Festival çərçivəsində keçirilən sessiyada çıxış edən K.Əkpərov son illər Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin geniş tətbiqi, proaktiv xidmət mexanizminin yaradılması sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verib.

Sessiyada Azərbaycanla yanaşı, Almaniya, Butan, Yaponiya, İndoneziya, Monteneqro və Koreyadan olan nümayəndələr iştirak ediblər.

Tədbirdə iştirak edən ölkələrin rəqəmsal təcrübələrinə dair təqdimatlar olub. Ölkəmizdə sosial sahə üzrə dövlət sektorunda transformasiyalar və onların geniş tətbiqini əhatə edən ətraflı təqdimat da edilib.

"GovInsider" təşkilatı dövlət sektorunda innovasiyaları təşviq etmək üçün fəaliyyət göstərən geniş platformadır. Təşkilatın keçirdiyi bu dəfəki sessiyada dövlət sektorundan 300-dən çox mütəxəssis olmaqla ümumilikdə 20 ölkədən 2000 nəfər iştirak edib. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi