lider-media.az

Notariat fəaliyyəti sahəsində beynəlxalq təcrübə öyrənilir

Baxış: 118 Tarix: 1-04-2025, 16:31

Ədliyyə Nazirliyi və Azərbaycan Notariat Palatasının əməkdaşlarından ibarət nümayəndə heyəti Estoniya Respublikasında işgüzar səfərdə olub.

Bu barədə Lider-media.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Estoniya Notariat Palatasında, notariat ofislərində və beynəlxalq ekspertlərin iştirakı ilə müxtəlif görüşlər keçirilib.

Görüşlərdə notarius və notarius köməkçilərinin hazırlanması, seçilməsi, ixtisaslarının artırılması və elektron notariat sistemlərinin funksionallıqları üzrə Estoniya təcrübəsinə dair təcrübə və fikir mübadiləsi aparılıb. 

Səfər zamanı Estoniyanın Elektron Hökümət Mərkəzində də görüş keçirilib və göstərilən xidmətlərin rəqəmsallaşma imkanları barəsində təcrübə mübadiləsi aparılıb.

Həmçinin Azərbaycan nümayəndə heyəti və Estoniya Notariat Palatası arasında notariat fəaliyyəti üçün aktual olan digər məsələlər və əməkdaşlığın perspektivləri müzakirə olunub. 

Səfər çərçivəsində Almaniyanın Martin Lüter adına Halle-Vittenberg Universitetinin professoru Azər Əliyev, Estoniyanın Tallin Texnologiya Universitetinin professoru Tomas Hofman və Almaniyada fəaliyyət göstərən notarius Vladimir Primaçenko ilə notariatın inkişaf istiqamətləri üzrə hibrid formatda müzakirələr aparılıb.

İşgüzar səfərdə Azərbaycan nümayəndə heyətinin tərkibində Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi Elşad Məmmədli, baş idarənin rəis müavini Seymur İsmayılov, baş idarənin aparıcı məsləhətçisi Fatimə Dəmirli, Nazirliyin Rəqəmsallaşma və innovasiyalar idarəsinin rəis müavini Qismət Qurbanov və Azərbaycan Notariat Palatasının sədri Hüseyn Məmmədov təmsil olunub. 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi