lider-media.az

"Nəqliyyat haqqında" qanuna dəyişiklik son oxunuşda qəbul edilib

Baxış: 360 Tarix: 1-04-2025, 12:13

Milli Məclis “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və onun strukturuna daxil olan qurumların öz fəaliyyət istiqamətləri üzrə müvafiq işləri görməsi üçün lisenziya və icazə tələbinin ləğvini təsdiqləyib. Bununla bağlı "Nəqliyyat haqqında" qanunda dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında üçüncü oxunuşda müzakirə edilib.

Qeyd edilib ki, dəyişiklik nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin idarə edilməsində vahid prinsiplərin tətbiqinə, öz fəaliyyət istiqamətləri üzrə müvafiq işləri çevik, operativ görə bilməsinə xidmət edir.

Belə ki, analoji qayda Ticarət Gəmiçiliyi Məcəlləsi, “Avtomobil yolları haqqında” və “Kosmik fəaliyyət haqqında” qanunlarla müvafiq olaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyə ("Azərkosmos") də tətbiq edilib.

Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi