lider-media.az

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbundan

Baxış: 305 Tarix: 31-03-2025, 13:07


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, Əziz Qardaşım.

Müqəddəs Ramazan bayramı münasibətilə Əlcəzair xalqı, hökuməti adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş xalqınıza daha böyük tərəqqi və rifah arzulayıram. Uca Allahdan bu bayramı bizə və bütün İslam ümmətinə əmin-amanlıq, xeyir və bərəkət ilə yenidən nəsib etməsini diləyirəm. Bu əlamətdar bayram münasibətilə qardaş xalqlarımızın mənafeyinə
uyğun olaraq ölkələrimiz arasındakı qardaşlıq əlaqələrini gücləndirmək, İslam ümmətimizin rifah və sabitlik şəraitində tərəqqisinə töhfə vermək
öhdəliyinə sadiqliyimizi bir daha ifadə etmək istəyirəm.

Zati-aliləri, Əziz Qardaşım, ən yüksək ehtiramımı və ən xoş arzularımı
qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Abdelmacid Tebbun
Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi