lider-media.az

Quba Soyqırımı Memorial Kompleksi

Baxış: 77 Tarix: 31-03-2025, 12:43

Martın 31-i səhər saatlarından başlayaraq Azərbaycanlıların Soyqırımının 107-ci ildönümü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksi kütləvi şəkildə ziyarət edilir. Ziyarətçilər arasında hökumət və dövlət nümayəndələri, idarə və müəssisələrin kollektivləri, siyasi və ictimai təşkilatların üzvləri, respublikamızın müxtəlif bölgələrindən olan şagirdlər və tələbələr, sıravi vətəndaşlar, eləcə də xarici vətəndaşlar var. Ziyarətçilər soyqırımı qurbanlarının xatirəsini anmaqla yanaşı, tarixi faktlarla daha yaxından tanış olurlar.

Quba Soyqırımı Memorial Kompleksində Əməkdar rəssam Adil Şıxəliyevin 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımların 107-ci ildönümünə həsr olunan “Mələklərin fəryadı” adlı qobelen sərgisi nümayiş etdirilir. Bu sərgi martın 29-dan etibarən açılıb.

Hazırda Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışır. Ziyarətçilərə kompleksin bələdçiləri tərəfindən 4 dildə (Azərbaycan, ingilis, rus və ərəb) soyqırımı haqqında informasiyalar verilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi