lider-media.az

Azərbaycanın Almaniyadakı səfiri Hessen əyalətinə səfər edib

Baxış: 40 Tarix: 31-03-2025, 10:59

27-28 mart tarixlərində Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Hessen əyalətinə səfər edib. Səfər çərçivəsində əyalətin paytaxtı Visbaden şəhərində Hessen Landtaqının (parlament) sədri Astrid Valman və əyalət baş nazirinin müavini və iqtisadiyyat naziri Kaveh Mansuri ilə görüşlər keçirib. Görüşlərdə ikitərəfli münasibətlər, iqtisadi əməkdaşlıq və yeni tərəfdaşlıq imkanları, xüsusilə bərpaolunan enerji, logistika və digər sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub. Landtaq binası qarşısında Azərbaycan bayrağı qaldırılıb, səfir Landtaqın xatirə kitabına ürək sözlərini yazıb. Həmçinin Landtaqın sədri A.Valmanın müşayiəti ilə parlamentin plenar iclasına qatılan N.Ağayev deputatlara təqdim olunub. Səfər çərçivəsində diplomat Frankfurt Sənaye və Ticarət Palatasında (IHK Frankfurt) vitse-prezident Oliver Şvebel və bir sıra aparıcı şirkət nümayəndələri ilə görüşərək, Azərbaycan ilə Hessen arasında iqtisadi əməkdaşlıq və investisiya imkanlarını müzakirə edib.

Eyni zamanda, N.Ağayev Frankfurt Yəhudi İcmasının sədri Mark Qrünbaum və idarə heyətinin üzvləri, Frankfurtun baş ravvini Avixay Apel, Makkabi Almaniya təşkilatının sədri Alon Meyer və Almaniyadakı Qafqaz Yəhudiləri İcmasının sədri Avi Şefatya ilə görüşərək, Azərbaycanda yəhudi icmasının həyatı, tarixən harmoniya və qarşılıqlı anlayış şəraitində, hər hansı antisemitizmlə üzləşmədən yaşamaları barədə danışıb, gələcək əməkdaşlıq layihələri ətrafında fikir mübadiləsi aparıb.  Səfər çərçivəsində N.Ağayev Frankfurtda yaşayan azərbaycanlı icma nümayəndələri ilə də görüşüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi