Qarabağ uğrunda gedən qanlı döyüşlərdə adı Vətənin cəsur, şahin oğulları sırasına düşən və şəhidlik zirvəsinə ucalan igidlərdən biri olan Fəxrəddin Vəliyəddin oğlu Nəcəfov haqqında xalqımız iftixarla danışır. O, Bakının Şəhidlər xiyabanında uyuyur.
Xalqımızın mübariz oğlu Nəriman Nərimanovun müdrikcəsinə söylədiyi bu sözlər elə bil bu günümüz üçün deyilib: “Siz ata-babalarımızın müqəddəs yerlərinə o vaxt Vətən deyə bilərsiniz ki, onun sahibi olasınız”. Vətənə, onun bərəkətli torpaqlarına, başı buludlardan nəm çəkən qarlı dağlarına yiyə durmaq nəsillər üçün həmişə böyük şərəf sayılıb. Bu şərəfə nail olmaq isə heç də asan olmayıb. Torpağımıza göz dikən yadelli işğalçılar ulu babalarımızın qeyrət qılıncı ilə doğranıblar. Qarabağ müharibəsi başlananda, Vətən sınağa çəkiləndə Qərbi Azərbaycanın bir parçası olan Sisyan (Qarakilsə) rayonunun Urud kəndindən olan Fəxrəddin Nəcəfov torpaqlarımızın müdafiəsinə qalxdı. Vətənin dar günündə qəlbinin hökmü ilə Qarabağ savaşına atıldı. Heç vaxt ölümdən qorxmadı. Ağır döyüşlərdə şəhidlik zirvəsinə yüksəldi.
Fəxrəddin Nəcəfovun valideynləri çox illər öncə erməni vəhşiliyinə dözə bilməyib ata-baba yurdundan ayrılaraq Bakı şəhərinə köçmüşdülər. Fəxrəddin 1967-ci ildə Bakı şəhərində dünyaya göz açmışdı. 9-cu sinfə qədər Nəsimi rayonundakı 19 saylı orta məktəbdə oxumuş, sonra isə təhsilini Yevlax şəhərində davam etdirmişdir.
Fəxrəddinin gənclik illəri şən və mənalı keçib. Hər il yay tətili günlərində ailə üzvləri ilə birlikdə birbaşa Zəngəzur ellərinə üz tutardılar. Fəxrəddin Qarakilsənin hər qarışına bələd idi. Günlərinin çoxunu Hacalı, İşıqlı, Üçtəpə dağlarında keçirər, allı-güllü dağ yamaclarından çiçəklər toplayar, saatlarla qıy vuran qartallara, bülbüllərə, torağaylara tamaşa edər, Arpa çayının nəğməli sahillərini seyir etməkdən doymazdı.
Orta təhsilini başa vurduqdan sonra Fəxrəddin ordu sıralarına yollandı. Arxangelsk şəhərinin Haryan-Mar şəhərində hərbi xidmətdə olarkən komandanlıq tərəfindən dəfələrlə valideynlərinin ünvanına razılıq məktubu gəldi.
Fəxrəddin əsgəri xidmət borcunu yerinə yetirdikdən sonra 9 ay Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yanğından Mühafizə İdarəsində işləmiş, elə həmin idarədən də Xarkov şəhərinə oxumağa göndərildi.
O, Xarkov şəhərindəki Petrovsk adına Yanğından Mühafizə Hərbi Texniki məktəbində 2 il yarım təhsil aldıqdan sonra Bakıya qayıdaraq bir müddət Respublika Yanğından Mühafizə İdarəsində işlədi.
Sonra isə Qarabağ uğrunda gedən ölüm-dirim savaşına qoşuldu. Goranboy ərazisində neçə-neçə kəndlərin erməni quldurlarından təmizlənməsində Fəxrəddinin misilsiz xidmətləri oldu. Todan kəndində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşdu. Baş leytenant Fəxrəddin Nəcəfov rota komandiri kimi çətin bir işin öhdəsindən cəsarətlə gəldi. Onun igidliyi sayəsində dəfələrlə düşmənin canlı qüvvəsi və texnikası məhv edildi.
1992-ci ildə Ağdamın Canyataq və Gülyanaq kəndləri ətrafında gedən qanlı döyüşlərdə Fəxrəddinin igid əsgərləri düşmənin xeyli canlı qüvvə və hərbi texnikasını məhv etdi.
Çox keçmədən Canyataq uğrunda yenidən döyüşlər başlandı. Həmin döyüşdə Fəxrəddin ağır yaralandı və təcili Bakıya çatdırıldı.
Xəstəxanada olduğu 20 gün ərzində qəlbi, odlu səngərlərdə, igid əsgərlərinin yanında idi. Yarası tam sağalmasa da, yenidən cəbhəyə qayıtdı. Ağır döyüşlərin birində Fəxrəddin yenidən yaralandı. Bu dəfə onu ölümün pəncəsindən xilas etmək mümkün olmadı.
Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Nəcəfov Fəxrəddin Vəliyəddin oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.
Nəsimi rayonundakı 206 saylı orta məktəb Fəxrəddin Nəcəfovun adını daşıyır. Məktəbin həyətində büstü qoyulmuşdur.


Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Xocalının Vətən Müharibəsi Şəhidləri
Türkiyə yarım ildə 25,8 milyon xarici turist qəbul edib
Sosial məzuniyyət kimlərə şamil edilir?
İssık-Kul gölünün sahilində “Baku Resort & Spa” mehmanxanasının açılışı olu
"Zülfüqar - 2026" birgə taktiki təlimi başa çatıb
Tokayev: Azərbaycanın Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı qismində qoşulması formatın inkişafında yeni mərhələnin rəmzidir
Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib
Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir
Mərkəzi Bank bu il və gələn il üçün neft-qaz qiymətləri ilə bağlı proqnozlarını açıqlayıb
Ağdamın yeni nəslinin nəfəsi
Avqustun 1-də gözlənilən hava şəraiti
Sağlamlıq üçün təbiətin gücü - Təbii müalicə üsulları haqqında Səhiyyə Nazirliyinin mütəxəssisinin izahı
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin avqust ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib
S.N.Japarovun “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan nefti bu gün də bahalaşdı
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir
Çolpon-Ata şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib

ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?
Üç dəqiqəyə bitişən sümük: təbiətdən ilham alan Çin texnologiyası
Beyinin vaxtından əvvəl qocalmasına səbəb olan 6 təhlükə – Nevroloqun açıqlaması