lider-media.az

Belarusda Milli Qəhrəman Anatoliy Davidoviçin xatirəsi anılıb

Baxış: 130 Tarix: 29-03-2025, 20:02

Martın 28-də Azərbaycan Respublikasının Belarus Respublikasındakı Səfirliyinin və Silahlı Qüvvələrinin hərbi attaşelik aparatının, həmçinin Belarusun Azərbaycan İcmaları Konqresi beynəlxalq ictimai birliyinin nümayəndələri birinci Qarabağ müharibəsində Vətənimizin ərazi bütövlüyü uğrunda əvəzsiz qəhrəmanlıqlar göstərərək döyüşmüş Azərbaycanın Milli Qəhrəmanı, Belarus əsilli mayor Davidoviç Anatoliy Nikolayeviçin anadan olmasının 60-cı ildönümü ilə əlaqədar onun məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Mərasimdə hərbi orkestr tərəfindən hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Tədbir iştirakçıları, həmçinin Milli Qəhrəmanın anası Kima Davidoviçin evini ziyarət edib, onun səhhəti və qayğıları ilə yaxından maraqlanıblar. Milli Qəhrəmanın anası övladının xatirəsinə olan ehtirama, eləcə də göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.
Qeyd edək ki, A.Davidoviç 1992-ci ilin iyun ayının 13-də şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 3 iyul 1992-ci il tarixli Fərmanı ilə mayor Davidoviç Anatoliy Nikolayeviçə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi