lider-media.az

Bayram günlərində ölkə ərazisində gözlənilən hava şəraiti

Baxış: 119 Tarix: 29-03-2025, 18:57

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən martın 30-31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. 
Havanın temperaturu gecə 7-10, gündüz 16-21 dərəcə isti olacaq.
Azərbaycanın əksər rayonlarında martın 30-31-də havanın əsasən yağmursuz keçəcəyi, lakin 30-u gündüz əsasən dağlıq ərazilərdə, 31-də isə bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı ehtimalı var. Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 7-11, gündüz 21-26, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi