lider-media.az

Vətəndaşın evini uçuran şirkətin icazəsi yox imiş - Rəsmi

Baxış: 337 Tarix: 27-03-2025, 18:44

vetendasin-evini-ucuran-sirketin-icazesi-yox-imis

Yasamal rayonu, Alatava ərazisindəki söküntü işlərinin müvafiq icazə olmadan aparıldığı müəyyən olunub.Bu haqda  Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.

Qeyd olunub ki, həmin ərazidə aparılan söküntü işləri ilə əlaqədar bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib:

“Qeyd edək ki, aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birlikdə dayandırılıb və aktlaşdırılıb. Qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar Baş İdarə tərəfindən hüquq-mühafizə orqanlarına təqdim ediləcək”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi