lider-media.az

MEK Azərbaycan Milli Elmlər Akademiyası - 80 adlı virtual sərgini təqdim edir

Baxış: 400 Tarix: 27-03-2025, 14:57

 AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) 27 mart - Elm Günü münasibətilə "Azərbaycan Milli Elmlər Akademiyası - 80" adlı virtual sərgi (https://heyzine.com/flip-book/4a9378a793.html#page/1) hazırlayıb.

Virtual sərgidə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA haqqında dəyərli fikirləri, Azərbaycan Respublikasında "Elm günü"nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında Sərəncamı yer alıb. 

Bundan əlavə, akademiyanın tarixi inkişaf mərhələləri, təsis olunması və fəaliyyətinə dair ətraflı məlumatlar təqdim edilir. Heydər Əliyev və Elmlər Akademiyası bölməsində Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə Akademiyanın fəaliyyətinin intibah dövrü olduğu, ikinci dəfə hakimiyyətə gəlişindən sonra AMEA-nın nüfuzunun, səlahiyyətlərinin və funksiyalarının artırılması sahəsində ciddi addımlar atıldığı qeyd olunub. Yeniləşmə dövrü bölməsində isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin yüksələn xətlə inkişafı proseslərinə uyğun olaraq, akademiyanın modernləşməsi, islahatların aparılması yer alıb.

Akademiyanın ayrı-ayrı illərdəki hesabatları, elmi ədəbiyyat, beynəlxalq elmi konfransların materialları, biblioqrafik göstəricilər, soraq-biblioqrafik məlumat kitabları və digər dəyərli nəşrlər sərgidə müxtəlif dillərdə oxuculara təqdim olunur. 

MEK-də ənənəvi formada da təşkil olunan sərgi ilboyu mütəmadi yenilənəcək və davam etdiriləcək.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi