lider-media.az

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Baxış: 271 Tarix: 26-03-2025, 21:28

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, Kənar Dairəvi yolda avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Ford” markalı yük avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb. Yanğın nəticəsində “Ford” markalı yük avtomobilinin mühərrik və kabina hissəsi yanıb.

Avtomobilin qalan hissəsi və yük hissəsinə yığılmış mallar yanğından mühafizə olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi