lider-media.az

Somali Federativ Respublikasının lideri Azərbaycan Prezidentini təbrik edib

Baxış: 298 Tarix: 26-03-2025, 14:42

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Məktubda deyilir:

“Müqəddəs Ramazan bayramı münasibətilə Sizə, Azərbaycan Respublikasının hökumətinə və qardaş xalqına ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Ramazan bayramı mənəvi düşüncə, birlik və yenilənmə dövrüdür, dünyadakı müsəlmanları şəfqət, xeyirxahlıq və sülh ruhunda bir araya gətirir. Bu mübarək bayramın Azərbaycan xalqına və hökumətinə sevinc, rifah və davamlı harmoniya gətirməsini arzulayıram.

Somali Federativ Respublikası ölkələrimiz arasında olan dostluq və əməkdaşlıq əlaqələrinə önəm verir. Biz gələcək illərdə bu ikitərəfli əlaqələrin daha da gücləndiriləcəyinə ümidvarıq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi