"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi, Türkiyə Müdafiə Sənayesi Komitəsi və "Azərbaycan Hava Yolları" QSC-nin dəstəyi ilə Azərbaycandan olan məktəbli şəhid övladları üçün Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində keçirilən texno-düşərgənin ilk günü geridə qalıb.
Lider-media.az xəbər verir ki, 25 məktəbli şəhid övladının qatıldığı düşərgənin ilk günündə iştirakçılar ilk olaraq Ankara şəhərində yerləşən Heydər Əliyev parkını ziyarət ediblər.
Daha sonra Məhəmməd Əmin Rəsulzadə adına Anadolu Liseyində qonaq olan düşərgə iştirakçıları üçün liseyin şagirdləri tərəfindən Türk dünyasının tarixinə dair ədəbi-bədii kompozisiya təqdim olunub. Ankara Təhsil Müdiri Yaşar Koçakın da iştirak etdiyi bu tədbir düşərgə iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Günün davamında Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Özdemir Göktaşın Azərbaycan olan şəhid övladları ilə görüşü baş tutub. Görüş iştirakçılarına müraciət edən türkiyəli nazir Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz olduğunu vurğulayıb və uşaqlara Türkiyəyə səfərlərinə görə təşəkkür edərək səfərlə bağlı xatirələrin onların yaddaşında əbədi qalacağına ümidvar olduğunu bildirib.
Günün ikinci yarısında isə Anıtkabir və Mexanika-Kimya İnstitutunun Sənaye və Texnologiya Muzeyi ziyarət olunub.
Qeyd edək ki, 27 mart tarixinədək davam edəcək bu düşərgə ərzində iştirakçılar Türk Aerokosmik Sənayesi (“TUSAŞ”) və “ASELSAN” şirkəti kampuslarını ziyarət edərək aerokosmik mühəndislik və peyk texnologiyaları barədə nəzəri və praktiki biliklər əldə edəcəklər.


.jpeg)


.jpeg)
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu
Bəzi bələdiyyələr birləşdirilir
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək
Əməyin dəyəri bərabərdirsə, haqqı da bərabər olmalıdır
Günün fotosu
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Bakıda 4 nəfər son anda ölümdən döndü
V Şəki Beynəlxalq Teatr Festivalı oktyabrın 1-də start götürəcək
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
Sentyabrın 18-də gözlənilən hava şəraiti
İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Formula 1 altı ildən sonra İstanbula qayıdır
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına
Sentyabrın 17-si saat 9:00-a olan faktiki hava
Ü.Z.Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sentyabrın 17-də gözlənilən hava şəraiti

Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?