lider-media.az

Xankəndidə iftar

Baxış: 123 Tarix: 26-03-2025, 08:39

Xankəndidə iftar çadırları - FOTO

Xankəndidə "Nargis" Fondu tərəfindən iftar çadırları qurulub. 

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Ramazan günləri ilə əlaqədar olaraq martın 25-dən 27-dək təşkil olunan iftar süfrəsində bölgə sakinləri və ziyarətçilər müxtəlif təamlardan dadıblar.3 gün ərzində hər gün qonaqlara yüksək keyfiyyətli iftar menyusu təqdim edilir. 

 

Fondun həyata keçirdiyi aksiya müddətində yüzlərlə insan iftar süfrəsinin qonağı olacaq. Bundan əlavə, iftar süfrəsinə qatıla bilməyənlər və ehtiyacı olan insanlar üçün iftar payları birbaşa yaşadıqları ünvanlara göndərilir. Xankəndi şəhərində "İftar çadırları" layihəsi "Port Baku" , "Unibank", "Kolin", 

"Coca-Cola" şirkətlərinin sponsorluğu ilə gerçəkləşib. Təşkilati dəstəyi isə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi və Azərbaycan Dövlət Reklam Agentliyi verib. Qeyd edək ki, "Nargis" Fondu tərəfindən "İftar çadırları" layihəsi 2019-cu ildən etibarən Ramazan ayında həyata keçirilir. Layihə çərçivəsində xüsusi hazırlanmış Şərq üslublu çadırlarda qonaqlar bir araya gələrək iftar sevincini birlikdə paylaşırlar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi