lider-media.az

Azər Rəşidoğlunun müalicəsi başladı: "Azərbaycanın diqqətini hər saniyə hiss edirəm"

Baxış: 157 Tarix: 25-03-2025, 16:31

Azər Rəşidoğlunun müalicəsi başladı:
Tanınmış jurnalist, siyasi icmalçı Azər Rəşidoğlunun Türkiyənin İstanbul şəhərində yerləşən Hisar Beynəlxalq Hospitalda müalicəsi başlayıb.O, Teleqraf-a açıqlamasında deyib ki, ötən gün ilk müalicə kursunu alıb."Məni xəstəxanada çox yüksək səviyyədə qarşıladılar. Heydər Əliyev Fondunun nümayəndələri müalicəmi daim diqqətdə saxlayırlar. Hər saniyə Azərbaycanın diqqətini hiss edirəm. Kiçik bir problem olan kimi dərhal həll edirlər", - A.Rəşidoğlu bildirib.
O söyləyib ki, müalicə yeni başladığına görə həkimlər hələ konkret fikir bildirmirlər: "Analizlər vermişəm, onların cavabı bir az gec bilinir. İnşallah hər şey yaxşı olacaq. Əmin əllərdə olduğuma əminəm, çünki çox güclü həkimlərdir. Həkimlərin bütün tapşırıqlarına əməl edirəm və inşallah nəticə yaxşı olacaq".
Tanınmış jurnalist əhvalının da yüksək olduğunu deyib: "Xəstəxanaya yaxın ərazidə yerləşən oteldə qalırıq. Müalicə üçün də tez-tez Türkiyəyə gedib gələcəm”.
Qeyd edək ki, Azər Rəşidoğlunun müalicə xərclərini Heydər Əliyev Fondu üzərinə götürüb. O, onkoloji xəstəlikdən əziyyət çəkir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi