lider-media.az

Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi

Baxış: 262 Tarix: 24-03-2025, 16:35

penitensiar-xidmet-ve-din-birge-emeliyyat-kecirdi

Bakının Sabunçu rayonunda Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının və Daxili İşlər Nazirliyinin birgə əməliyyat nəticəsində yarımkilodan çox narkotik aşkarlanaraq müsadirə edilib. Bu barədə sözügedən dövlət qurumlarının birgə məlumatında bildirilib.

Qeyd olunub ki, əməliyyat-axtarış tədbiri nəticəsində Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi, 210 ünvanında Dilavər Məhərrəm oğlu Ağayevə məxsus 528.025 qram heroin, 31.48 qram qurudulmuş marixuana və 317.322 qram metamfetamin tapılaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi