23 mart 1944-cü ildə Gürcüstan Respublikasının Tbilisi şəhərində doğulmuşdur. Orta təhsilini Tbilisi şəhərində almışdır. 1986-cı ildə Kremençuq Mülki Aviasiya Məktəbini bitirdikdən sonra Zabrat Əlahiddə Aviasiya Dəstəsinə məxsus Mİ-2 vertolyotunun pilotu təyin edilmşdir.
Azərbaycanın hərbi aviasiyasının yaradılmasında onun böyük xidmətləri olmuşdur. İşlədiyi müddət ərzində “Əmək veteranı” medalına və “Ən yaxşı təyyarəçi” adına layiq görülmüşdür.
Azərbaycan torpaqları Ermənistan tərəfındən işğala məruz qalanda, Seryogin Viktor Vasilyeviç vertolyot heyəti tərkibində müharibə zonasına uçuşlar etmiş, əhalinin təhlükəli zonadan çıxarılmasında xüsusi fədakarlıq göstərmişdir. Rəhbərlik xidmətlərini yüksək qiymətləndirərək onu Mİ-2 vertolyotuna komandir təyin etmişdi. Viktor Seryogin bir komandir kimi Ağdam, Şuşa, Ağdərə rayonları ərazisində aparılan döyüş əməliyyatlarının fəal iştirakçısı olmuşdur. Komandiri olduğu vertolyot erməni yaraqlıları tərəfindən dəfələrlə atəşə tutulduğundan, zədələnmişdi. Lakin bu zədələr Viktoru qorxurtmurdu. Heyət üzvləri cəsur komandirin rəhbərliyi altında çox qısa müddətdə, bəzən döyüş gedə-gedə vertolyotu təmir edib, verilən tapşırıqları uğurla yerinə yetirirdilər.
28 yanvar 1992-ci il… Viktorun son uçuşu… Heyət Şuşa-Ağdam marşrutu ilə sərnişin aparırdı. Bir neçə dəfə əhalini təhlükəsiz zonaya çatdıran Mİ-2 vertolyotu Şuşa yaxınlığında düşmən tərəfindən atəşə tutulur. Cəsur komandir alova bürünmüş vertolyotu çətinliklə də olsa, Şuşanın üzərindən kənara yönəldə bilir. Bununla da daha böyük itkinin qarşısını alır, özü isə heyət üzvləri ilə birlikdə həlak olur.
Ailəli idi. İki qızı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Seryogin Viktor Vasilyeviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.


“Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxsin NİZAMNAMƏSİ
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezidentin müsahibəsinin TAM MƏTNİ
HÜSEYN ƏLİXANOV: QƏLƏBƏYƏ APARAN YOL
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb