lider-media.az

DSMF növbəti beynəlxalq mükafata layiq görülüb

Baxış: 10 Tarix: 21-03-2025, 16:03

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) mənzil-qərargahı Birləşmiş Krallığın London şəhərində yerləşən “iESE – The Public Sector Transformation Partner” beynəlxalq qurumunun “Dövlət sektorunda transformasiyaya görə beynəlxalq mükafat” müsabiqəsində qalib gəlib.

Fond müsabiqənin “Mükəmməllik Sertifikatı – 2025-ci ilin Qalibi” ali mükafatına layiq görülüb.

DSMF müsabiqədə “Sosial müdafiənin inqilabi transformasiyası: Azərbaycanda əlilliyi olan şəxslər üçün inklüziv xidmətlərə rəqəmsal çıxış”  müsabiqə işi ilə iştirak edib.  Müsabiqə hər il beynəlxalq platformada sənaye mərkəzlərinin iqtisadi və sosial inkişafını, liderlik bacarıqlarını, müasir texnologiyalardan istifadə potensialı və davamlı innovasiyalarını təşviq etmək məqsədilə keçirilir. 

Builki müsabiqədə DSMF ilə yanaşı, Birləşmiş Krallıq, BƏƏ, Səudiyyə Ərəbistanı, Fransa, Ukrayna, Sinqapur və ABŞ də daxil olmaqla bir sıra ölkələrin 100-ə yaxın dövlət qurumu iştirak edib.  Bu mükafat 2021–2025-ci illər ərzində DSMF-nin layiq görüldüyü 60-cı beynəlxalq mükafatdır.
 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi