lider-media.az

Nazir müavini Vüsal Nəsirli şəhid Ələddin Səidovun ailəsini ziyarət edib

Baxış: 441 Tarix: 20-03-2025, 12:31

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli şəhid Ələddin Səidovun ailəsini ziyarət edib. Ələddin Səidov 44 günlük Vətən müharibəsində Şuşa uğrunda gedən döyüşlər zamanı şəhid olub. Prezident İlham Əliyevin Sərəncamları ilə o, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidin ailəsinə müvafiq sosial ödənişlər təyin edilib və ailə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ikiotaqlı mənzillə təmin olunub.

Ailə ilə görüşdə şəhid Ələddin Səidovun şərəfli döyüş yolundan bəhs olunub. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda canını fəda etmiş qəhrəmanlarımızın xatirəsinin həmişə xalqımızın qəlbində yaşayacağı vurğulanıb.

Şəhid ailəsinin sosial vəziyyəti öyrənilib. Ailənin üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razılıq ifadə ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi