lider-media.az

FHN-in Mülki müdafiə qoşunlarında Novruz bayramı qeyd edilib

Baxış: 197 Tarix: 20-03-2025, 10:12

FHN-in Mülki müdafiə qoşunlarında Novruz bayramı münasibəti ilə silsilə bayram tədbirləri keçirilib. Tədbirlərdə nümunəvi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin müstəqilliyi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə çıxış edənlər Novruz bayramı münasibətilə şəxsi heyəti təbrik edərək onlara xoş bayram arzularını çatdırıblar. Natiqlər vurğulayıblar ki, Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın milli ruhunun oyanışına təkan verən amillərə xüsusi diqqətlə yanaşıb və məhz Ümummilli Liderin sayəsində milli dəyərlərimizin, insana, təbiətə sevginin təntənəsi olan Novruz bayramı dövlət səviyyəsində qeyd olunmağa başlayıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altındakı torpaqlarımızın düşmən tapdağından azad olunması ölkəmizin ərazi bütövlüyünün bərpası ilə yanaşı, həm də xalqımızın milli qürurunun təntənəsidir.

Bu gün işğaldan azad olunmuş torpaqlarımızda Novruz tonqallarının alovlanması qalib xalqın öz tarixi torpaqlarına qayıdışının bir daha təsdiqidir. İşğaldan azad edilmiş torpaqlarımızda alovlanan bayram tonqallarının rəmzi və tarixi əhəmiyyəti vardır.

Tədbirlər konsert proqramı ilə davam etdirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi