lider-media.az

Bu gün Azərbaycanda Novruz bayramıdır.

Baxış: 357 Tarix: 20-03-2025, 09:11

Azərbaycanda Novruz bayramı QEYD OLUNUR

Bu il Azərbaycana yaz fəsli martın 20-si saat 13:01-də daxil olacaq.Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsəcək və Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində yaz fəsli, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq.

Novruz bayramını qeyd etmək Türk xalqlarının qədim ənənələrindən biridir. Novruz azın gəlişinin bayram edilməsidir. Azərbaycanlılar bayramı Novruz, qırğızlar Nooruz, özbəklər Növroz, başqırdlar Nevruz, tatarlar Navruz, çuvaşlar Naurus, Krım türkləri Nevrez adlandırırlar. Azərbaycan Novruz ənənələrini tam qoruyub saxlayan türk dövlətlərindən biridir. Bayramdan əvvəl dörd çərşənbə qeyd olunur: Su, Od, Yel və Torpaq çərşənbələri. İnsanlar bayram axşamı tonqal qalayır, xonçalar hazırlayır, qapılara papaq atır, qulaq pusqusuna çıxır, yumurta döyüşdürürlər.

Novruz bayramı fars, əfqan, hind, tacik, eləcə də Azərbaycanda yaşayan digər azsaylı xalqların nümayəndələri arasında da geniş yayılıb və qeyd edilir. Bu il Novruz və Ramazan bayramları ilə əlaqədar Azərbaycanda martın 20-dən aprelin 1-dək ardıcıl 12 qeyri-iş günü olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi