lider-media.az

Ağdərənin Həsənriz kəndinə köç etmək üçün 360 nəfər siyahıya alınıb – köç prosesi mərhələli şəkildə davam edəcək

Baxış: 16 Tarix: 19-03-2025, 15:19

Ağdərənin Həsənriz kəndində 92 ev təmir olunub. İki mərhələdə buraya 50 ailə köç edib. Bunu müsahibəsində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı deyib.

Həsənriz kəndinə köç üçün 360 nəfərin siyahıya alındığını deyən A.Telmanqızı bildirib ki, bu proses mərhələli şəkildə davam etdiriləcək.

Kənddə Bayraq meydanı da var. Burada üçrəngli bayrağımız 17 metr hündürlüyündə dirəkdə dalğalanır. Bayraq meydanının yeri elə seçilib ki, buradan Həsənriz kəndi ilə yanaşı, digər kəndlərə də gözəl mənzərə açılır.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Həsənriz kəndində buraya köçən bir qrup sakinlə görüşüb, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar. Dövlətimizin başçısı və birinci xanım kənd sakinləri ilə birlikdə Novruz tonqalını alovlandırıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi