lider-media.az

1994-cü il martın 19-da erməni terrorçuları tərəfindən törədilən terror aktından 31 il ötür

Baxış: 329 Tarix: 19-03-2025, 09:18

Bakı metropolitenin "20 Yanvar" stansiyasında 1994-cü il martın 19-da erməni terrorçuları tərəfindən törədilən terror aktından 31 il keçir.

Qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayananda işə düşüb. Partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. Həlak olanların arasında Azərbaycan xalq artisti Rafiq Babayev də olub.

Məhkəmə orqanları metrostansiyadakı terror aksiyasının Ermənistan xüsusi xidmət orqanlarının hazırladığını, separatçı "Sadval" ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirildiyini sübuta yetirib.

Cinayətin törədilməsində şübhəli bilinən “Sadval” Ləzgi Milli Hərəkatının 11 üzvü həbs edilib. Onlardan ikisinə ölüm hökmü verilib, doqquz nəfər isə müxtəlif müddətə azadlıqdan məhrum edilib. Terror aktının icraçısı Oqtay Qurbanov isə partlayış zamanı ölüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi