Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün tikintisi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti işləri yekunlaşdırılıb.
Mühüm əhəmiyyətə malik körpü bu gün vətəndaşların istifadəsinə verilib. Körpünün istifadəyə verilməsi mərasimində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavinləri Əvəz Qocayev və Hüsnü Quliyev, həmçinin Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və agentliyin əməkdaşları iştirak ediblər.





Sözügedən körpünün tikintisinə 2024-cü ilin dekabr ayında başlanılıb və 3 ay müddətində tikinti işləri tamamilə başa çatdırılıb. İnşa işləri hərəkət intensivliyi və yolun əhəmiyyəti nəzərə alınaraq, fəsilə verilmədən və hava şəraitindən asılı olmayaraq sürətlə və yüksək keyfiyyətlə aparılıb. Nəticədə körpü Novruz bayramı ərəfəsində vətəndaşların istifadəsinə verilib.
Bundan öncəki qəzalı körpü 2 hərəkət zolaqlı olub. Lakin gələcəkdə hərəkət intensivliyinə uyğun olaraq mövcud yolun genişləndirilməsi baş verərsə körpünün həmin infrastruktura uyğun olması şərtdir ki, bu da layihə zamanı öncədən nəzərə alınıb. Belə ki, 3 aşırımdan ibarət olan körpü, 4 hərəkət zolağından ibarətdir. Körpü 104 metr uzunluğunda və 21.6 metr enində inşa olunub. Həmçinin, körpünün sağ və sol hissələrində piyada səkiləri də tikilib.
Körpü 4 dayaq üzərində inşa edilib və orta dayaqlarda 1.5 metr diametrli 6 sütun yerləşir. Ümumilikdə körpü 12 sütundan ibarət olub, hər dayaq iki cərgəli svaylar üzərində qurulub. Svayların uzunluğu 14 metr, diametri isə 1 metrdir və ümumilikdə 80 svaydan istifadə olunub.
Yeni körpü, Sumqayıt şəhəri ilə Saray qəsəbəsi arasındakı nəqliyyatın sürətini və təhlükəsizliyini artıracaq. Körpünün istifadəyə verilməsi körpüdən istifadə edən vətəndaşlar üçün mühüm rahatlıq yaradacaq, eyni zamanda komfortlu və asan nəqliyyat şəraitini təmin edəcək. Körpü hərəkət intensivliyinin yüksək olduğu və mühüm əhəmiyyət kəsb edən yolun daha effektiv istifadəsinə imkan verəcək.
YOLUNUZ AÇIQ OLSUN...

Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
“Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxsin NİZAMNAMƏSİ
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb