lider-media.az

bp şirkəti ilə əməkdaşlığın perspektivləri müzakirə edilib

Baxış: 95 Tarix: 18-03-2025, 21:11

İqtisadiyyat Nazirliyində bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrellə görüşdə əməkdaşlığın yeni prioritetləri, həmçinin karbonsuzlaşma sahəsində işbirliyi imkanlarını müzakirə olunub. İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrellə görüşüblər.

Azərbaycan və şirkət arasında uzun illər davam edən uğurlu əməkdaşlıq məmnunluqla vurğulanıb. bp-nin Azərbaycanın enerji sektorunun inkişafına verdiyi töhfələr, o cümlədən son illər ölkəmizdə bərpaolunan enerji mənbələri üzrə layihələrə dəstəyi yüksək qiymətləndirilib. Uğurlu əməkdaşlığın bundan sonra da tərəflərə fayda gətirəcəyinə əminlik ifadə edilib.

Görüşdə bp-nin Azərbaycanda hazırda davam edən əməliyyatlar və birgə layihələrlə bağlı əməkdaşlığa sadiqliyi diqqətə çatdırılıb. Qurumun Azərbaycandakı fəaliyyəti və perspektivlərlə bağlı fikir mübadiləsi aparılıb. Əməkdaşlığın yeni prioritetləri, həmçinin karbonsuzlaşma sahəsində işbirliyi imkanları müzakirə olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi