lider-media.az

Leyla Əliyeva “Səkinə xanım” məscidini ziyarət edib - Fotolar

Baxış: 8 Tarix: 18-03-2025, 21:10

leyla-eliyeva-sekine-xanim-mescidini-ziyaret-edib

Martın 18-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qubaya səfəri zamanı “Səkinə xanım” məscidini ziyarət edib.Məscidin imamı Hacıhəmdulla Dəniyarlı Leyla Əliyeva bu ibadət ocağı barədə məlumat verib.

Bildirilib ki, Quba şəhərindəki “Səkinə xanım” məscidi Abbasqulu ağa Bakıxanovun xatirəsini əbədiləşdirmək məqsədilə həyat yoldaşı Səkinə xanım tərəfindən 1854-cü ildə tikdirilib.

Hündürlüyü 27 metr olan tarixi məscid dördbucaqlı formadadır. 1930-cu illərdə məscid sovet hakimiyyəti tərəfindən bağlanaraq, ətrafındakı mədrəsə və köməkçi binalar dağıdılıb. Daha sonra məsciddən anbar kimi istifadə olunub. Bir müddət sonra isə burada tikiş sexi fəaliyyət göstərib.Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bura yenidən məscid kimi istifadəyə verilib. Məscid əsaslı şəkildə təmir olunub, dəstəmazxana və digər köməkçi binalar inşa edilib.

Hazırda “Səkinə xanım” məscidi ölkə əhəmiyyətli tarixi abidə kimi dövlət qeydiyyatındadır.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi