lider-media.az

Leyla Əliyeva şəhid övladları ilə

Baxış: 185 Tarix: 18-03-2025, 20:40

Martın 18-də - İlaxır çərşənbəsi günündə Heydər Əliyev Fondunun dəstəyi ilə qəhrəman şəhidlərimizin övladları üçün Novruz şənliyi keçirilib.

Bakıdan, Heydər Əliyev Mərkəzinin qarşısından xüsusi ayrılmış avtobuslarla Qubaya yola düşən uşaqlar burada onlar üçün təşkil olunan bayram süfrəsi ətrafında maraqlı bir gün keçiriblər.Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bayram şənliyində şəhid övladları ilə birgə olub.

Azyaşlılar və yeniyetmələr müxtəlif oyunlar və müsabiqələr vasitəsilə bacarıq və qabiliyyətlərini nümayiş etdirib, DJ-lərin, animatorların iştirakı ilə təqdim olunan müxtəlif əyləncə və şou-proqramlara qatılıb, rəqs edib, oyunlarda iştirak ediblər.Bayram şənliyinin sonunda doğum günü olan uşaqlarla birgə tort kəsilib və tədbir iştirakçılarına Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.

Qeyd edək ki, Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan uşaqları, həmçinin şəhidlərimizin bizə əmanəti olan övladlarını hər zaman diqqətdə saxlayır. Fond bu kateqoriyadan olan uşaqlar üçün mütəmadi tədbirlər keçirir, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daim layihələr reallaşdırır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi