lider-media.az

Bakıda narkoşəbəkənin əsas üzvlərindən biri saxlanıldı 

Baxış: 317 Tarix: 18-03-2025, 15:38

Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı paytaxt sakini 45 yaşlı Sadir Əliyev narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdiyi üçün saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, həmin şəxsdən 3 kiloqrama yaxın heroin, tiryək, marixuana və 359 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb. A.Əliyev paytaxt ərazisində narkotiklərin satışını təşkil edən narkoşəbəkənin əsas üzvlərindən biri olub.O, ifşa edilməməsi üçün mütəmadi olaraq yaşayış ünvanlarını və əlaqə nömrələrini dəyişib.Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır. S.Əliyevin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi