lider-media.az

AMEA prezidenti Beynəlxalq Türk Akademiyasının rəhbəri ilə görüşüb

Baxış: 333 Tarix: 17-03-2025, 21:03

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Beynəlxalq Türk Alkademiyasının prezidenti akademik Şahin Mustafayevlə görüşüb.Görüş zamanı Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinin qeyd edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Söhbət zamanı milli elmi məktəblərin, görkəmli elm adamlarının yetişib formalaşması istiqamətində Akademiyanın missiyası xüsusi vurğulanaraq AMEA-nın keçdiyi şərəfli tarixi yola nəzər salınıb, iki elmi təşkilatın iştirakı ilə müştərək tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışılıb.

Görüşdə Türk dünyası ölkələrinin elmi qurumları arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyi diqqətə çatdırılıb, bu əlaqələrin əhatə dairəsinin genişləndirilməsi istiqamətində AMEA-nın və Beynəlxalq Türk Akademiyasının fəaliyyətindən söhbət açılıb.

Həmçinin gələn il Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd olunması məqsədilə birgə fəaliyyət istiqamətləri haqqında fikir mübadiləsi aparılaraq yubileyin böyük tarixi əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.

Görüş zamanı bir sıra elmi istiqamətlər üzrə AMEA ilə Beynəlxalq Türk Akademiyasının qarşılıqlı əlaqələrinin daha da genişləndirilməsi barədə müvafiq razılıq əldə olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi