lider-media.az

Beynəlxalq konfransın əcnəbi iştirakçıları Xudavəng monastırı ilə tanış olublar

Baxış: 115 Tarix: 17-03-2025, 15:44

news-detail

Qeyd olunub ki, Azərbaycanın qədim memarlıq abidəsi və Qafqaz Albaniyası dövrünə aid dini məbəd kimi Xudavəng monastır kompleksinin min ildən artıq tarixi var. Monastırın bazilikası VIII–IX əsrlərdə, Arzu xatun kilsəsi isə XIII əsrdə inşa edilib. Bildirilib ki, dünya əhəmiyyətli memarlıq abidəsi olan Xudavəng məbədi Ermənistanın işğalı dövründə, 1992–2020-ci illərdə vandalizmə məruz qalıb. Erməni kilsəsinin dəstəyi və Ermənistan dövlətinin vəsaiti hesabına monastırda “bərpa” adı altında qanunsuz işlər görülüb. Arzu xatun, Böyük Həsən kilsələri və kompleksə daxil olan digər tikililər üzərində saxtalaşdırma əlamətləri olan əlavələr edilib.

Qonaqların diqqətinə çatdırılıb ki, 2020-ci ilin dekabr ayında İrəvanda keçirilən sərgidə Xudavəng monastır kompleksindən oğurlanmış zəng, daş kitabələr, freskalar, xalçalar və Azərbaycan Respublikasına məxsus digər mədəni irs nümunələri qanunsuz olaraq nümayiş etdirilib. Ermənilərin oğurlayaraq apardıqları bu artefaktlar daha sonra İtaliyanın bir neçə şəhərində “VII-XIII əsrlərdə erməni xristian kilsələrində freskalar” adı altında sərgilənib. Konfrans iştirakçıları abidə kompleksindən zəngin təəssüratla ayrılıblar. Xatırladaq ki, beynəlxalq elmi konfransda “Qədim insan yaşayış məskənləri – mədəni irsin beşiyi kimi”, “İqlim dəyişikliyi və silahlı münaqişələr qarşısında qədim insan məskənləri” və "Azərbaycanın qədim insan məskənləri dünya irsinin bir hissəsi kimi: təcili qorunma ehtiyacı" mövzularında panel müzakirələri aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi