lider-media.az

Ersin Tatar: “Müstəqillik və suverenlik bizim qırmızı xəttimizdir"

Baxış: 226 Tarix: 17-03-2025, 12:59

 “Federasiya kitabı bağlandı, biz suveren bərabərlik əsasında iki dövlətli həll modelimizlə irəliləyirik”.

Lider-media.az xəbər verir ki, bu fikirləri Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Cenevrə Sammiti öncəsi Türkiyənin “Ulusal” televiziya kanalına verdiyi müsahibəsində bildirib. Sammitin əhəmiyyətini vurğulayan president Kipr adasında iki dövlətli həll təklifi barədə danışıb.

Prezident Ersin Tatar BMT tərəfindən edilən qiymətləndirmələrdə Kipr məsələsində ortaq nöqtənin olmadığının qeyd edildiyini, Türkiyə Xarici İşlər Nazirliyinin də bu vəziyyəti təsdiqlədiyini bildirib: “İndi işlər dəyişdi, federasiya dəftəri bağlandı. Biz suveren bərabərlik əsasında iki dövlətli həll modelimizlə irəliləyirik”.

Türkiyənin Şimali Kiprin milli siyasətinə verdiyi dəstəyin əhəmiyyətinə toxunan E.Tatar, son illərdə əldə edilən ən böyük uğurun Türkiyə ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında qurulan güclü əlaqələr olduğunu bildirib.

 Şimali Kipr Prezidenti müsahibəsində vurğulayıb ki, müstəqillik və suverenlik bizim qırmızı xəttimizdir. 


Səadət


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi