lider-media.az

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda "Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyi ilə əlaqədar Açıq Qapı" günü keçirilib

Baxış: 333 Tarix: 9-04-2024, 20:27

 Naxçıvan Muxtar Respublikası prokurorluğunun təşkilatçılığı ilə aprelin 9-da Naxçıvan Muxtar Respublikası prokurorluğunda Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələri üçün "Açıq qapı" günü keçirilib.

  Tədbir çərçivəsində prokurorluğun əməkdaşları Faiq Səfərov, İbrahim Mənsimov və Elvin Hüseynov tələbələrə prokurorluğun fəaliyyət istiqamətləri, eləcə də Elektron Prokurorluq İnformasiya Sistemi barədə tələbələrə ətraflı məlumat verib, onları maraqlandıran çoxsaylı sualları cavablandırıb.

  Sonra isə şərti hadisə yerinə baxış zamanı hadisə yerinin müayinə üsulları, hadisə yerində olan dəlillərin rəsmiləşdirilməsi, üzərində aşkar olunan əl-barmaq və digər izlərinin fiksasiya edilməsi, götürülməsi  və rəsmiləşdirilməsi qaydası, həmçinin canlı şəxsin və meyitin əl-barmaq


izlərinin götürülməsi əyani olaraq tələbələrə izah olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi