lider-media.az

Şimali Makedoniyada 7 günlük matəmdir

Baxış: 55 Tarix: 17-03-2025, 09:31

Şimali Makedoniya hökuməti keçirdiyi növbədənkənar iclasda Koçanidə gecə klubunda baş verən faciəvi yanğına görə 7 günlük matəm elan edib.Hökumət, həmçinin Dövlət Bazar Müfəttişliyinə Şimali Makedoniya ərazisində gecə klubları, diskotekalar və açıq havada olan obyektlərdə fövqəladə yoxlama aparmağı və yoxlamanın nəticələri barədə yaxın üç gün ərzində hökumətə dərhal məlumat verməyi, onların şərtlərə uyğun olub-olmadığını müəyyən etməyi tapşırıb.

“Hər kəs qərara tabe olmalıdır, çünki itaətsizliyə görə cəzalar ağır olacaq. Bu günlərdə Xarici İşlər Nazirliyi baş vermiş böyük qəza ilə bağlı nazirlik daxilində başsağlığı kitabı açacaq”, – elanda deyilir.

Qeyd edək son məlumata əsasən faciədə 59 nəfər ölüb, 151 nəfər yaralanıb. Onlardan 18-nin vəziyyəti ağırdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi