lider-media.az

Baş Dövlət Yol Polisi İdarəsinin səhhətində ciddi problemlər olan sürücülərə müraciəti!

Baxış: 197 Tarix: 16-03-2025, 12:01

Ötən gün saat 21:14 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Müşfiqabad qəsəbəsi ərazisindən keçən 25-ci kilometrliyində Fərid İsmayılovun idarə etdiyi “Toyota Prius” markalı avomobil beton konstruksiyalı arakəsməyə çırpılıb. Sürücü hadisə yerində həyatını itirib. İlkin məlumata əsasən qəzanın sürücünün səhhətində yaranan problemdən qaynaqlandığı ehtimal olunur.

Baş Dövlət Yol Polisi İdarəsi son vaxtlar analoji hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha səhhətində ciddi problemlər olan sürücülərdən sükan arxasına əyləşməməyi, yaşanmış acı təcrübələrdən düzgün nəticə çıxararaq özlərinin və digər  hərəkət iştirakçılarının həyatını təhlükəyə atmamağı, ağır xəstəliyi olan sürücülərin doğmalarından isə bu kimi hallara qarşı barışmaz mövqe tutmağı xahiş edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi