lider-media.az

İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti

Baxış: 34 Tarix: 14-03-2025, 15:42

İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Azərbaycanın milli parklarının yerləşdiyi bölgələrdə istirahət günlərində,15-16 mart tarixlərində ziyarətçiləri günəşli və əlverişli hava şəraiti gözləyir.
Abşeron Milli Parkında yağmursuz və günəşli hava şəraiti gözlənilir. Səhər və axşam saatlarında zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12, gündüz 20-25° isti olacaq.
Göygöl Milli Parkında əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 20-24° isti olacaq.Şahdağ Milli Parkında sabit, əsasən yağmursuz hava şəraiti olacaq. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6, gündüz 17-22° isti olacaq.Altıağac Milli Parkında yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-13, gündüz 20-24° isti olacaq.
Samur-Yalama Milli Parkında yağmursuz və günəşli hava şəraiti gözlənilir. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-12, gündüz 27-29° isti olacaq.Şirvan Milli Parkında da sabit, yağmursuz və günəşli hava şəraiti olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-11, gündüz 25-27° isti olacaq.
Ağgöl Milli Parkında yağmursuz hava gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9, gündüz 23-26° isti olacaq.Qızılağac Milli Parkında yağmursuz hava şəraiti olacaq, gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10, gündüz 20-23° isti olacaq.
Hirkan Milli Parkında əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər saatlarında zəif duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10, gündüz 20-24° isti olacaq.
Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında əsasən yağmursuz və günəşli hava şəraiti olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9, gündüz 20-25° isti olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi