lider-media.az

Bakının abad məhəllələrində Novruz şənlikləri keçirilir

Baxış: 127 Tarix: 14-03-2025, 10:34

Bakı şəhərində xalqımızın ən əziz və sevimli bayramı olan Novruz geniş və coşqu ilə qeyd edilir. Bu münasibətlə paytaxtın bütün rayonlarında bayram şənlikləri və konsert proqramları təşkil edilir. Bu şənliklər öz kütləviliyi ilə seçilir.Novruz bayramı paytaxtın Nizami və Nəsimi rayonlarında yerləşən, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində yaradılan məhəllələrdə qeyd edilib.

Məhəllə sakinləri, ağsaqqallar, şəhid ailələrinin üzvləri, qazilər Novruz bayramını yüksək sevinc hissi ilə qeyd ediblər. Bayramda müğənnilər müxtəlif mahnılar səsləndirib, kəndirbazlar öz məharətlərini göstərib, Novruzun əsas personajları olan Kosa, Keçəl və Bahar qızı toplaşanları şənləndirib və bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs ediblər.

Qeyd edək ki, son illərdə paytaxtda 400-ə yaxın abadlaşdırılmış həyət yaradılaraq sakinlərin istifadəsinə verilib. Novruz ərəfəsində abad məhəllələr bayramsayağı bəzədilib, səməni, Novruz şirniyyatları olan süfrələr açılıb, bayram ab-havası yaradılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi