lider-media.az

Orxan Zeynalov nazir müavini vəzifəsinə təyin olunub

Baxış: 922 Tarix: 9-04-2024, 08:33

nazire-yeni-muavin-teyin-olundu

Energetika naziri Pərviz Şahbazova yeni müavin təyin olunub.

Lider-media.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Orxan Namiq oğlu Zeynalov nazir müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, 1982-ci il təvəllüdlü Orxan Zeynalov 2002 və 2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 2003-2004-cü illərdə Pakistan Xarici Xidmət Akademiyasında xüsusi diplomatik təhsil, 2015-ci ildə isə Harvard Kennedi Məktəbində əlavə təhsil alıb. 2003-cü ildən etibarən Xarici İşlər Nazirliyində müxtəlif vəzifələri yerinə yetirmiş O.Zeynalov 2020-2022-ci illərdə Energetika Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, 2022-2024-cü illərdə isə Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi vəzifəsində çalışıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi